ABŞ polisi Nyu-Yorkda Fransa prezidenti Emmanuel Makronun kortejini saxlayıb.
Publika.az xəbər verir ki, hadisə Makronun BMT-nin ofisini tərk edərkən baş verib.
Trampın korteji üçün yolları bağlayan Nyu-York polisi təsadüfən Makronun maşınını da saxlayıb.
Polis Makrona hadisəyə görə təəssüfləndiyini, lakin yolun bağlı olduğunu bildirib. Makron isə Trampa zəng edərək onun kortejinə görə yolda qaldığını zarafatla söyləyib.