AZ

Təyyarənin təkərində Kabildən Dehliyə uçdu İNANILMAZ OLAY

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əfqanıstanlı yeniyetmə sərnişin təyyarəsinin şassi bölməsində gizlənərək Kabildən Dehliyə kimi gəlib çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, sentyabrın 21-i səhər saatlarında 13 yaşlı oğlan “KAM Air” aviaşirkətinə məxsus təyyarənin arxa mərkəzi şassi bölməsinə girib. O, 94 dəqiqəlik bütün uçuşu həmin bölmədə keçirib.

Dehli hava limanının yer xidmətləri onu uçuş zolağında gəzərkən görüblər. Yeniyetmə bildirib ki, bu addımı “sadəcə maraqdan” atıb və əslində Tehrana uçmaq istəyirmiş. Lakin təyyarəni səhv salıb.

Sonradan o, eyni reyslə Kabula geri göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
lent.az

2Mənbələr