AZ

Makron Trampa görə yolda qaldı – VİDEO

Bazar ertəsi, sentyabrın 22-də Fransa prezidenti Emmanuel Makron Nyu-Yorkda BMT mənzil-qərargahında çıxışını başa vurduqdan sonra maraqlı hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Makron binadan çıxarkən küçə Donald Trampın prezident kortejinə görə tamamilə bağlanıb.

Polis əməkdaşları Fransa prezidentinə yaxınlaşıb: “Bağışlayın, cənab prezident, hər şey bağlanıb”, – deyə bildiriblər.

Makron bu vəziyyətdə telefonla Trampa müraciət edib: “Təsəvvür edin, mən sizi hazırda küçədə gözləyirəm, çünki sizin üçün hər şey bloklanıb”. Lakin Trampın xəttin digər ucunda olub-olmadığı bəlli deyil.

Bir neçə dəqiqəlik gözləmədən sonra küçə yalnız piyadalar üçün açılıb. Nəticədə Fransa lideri öz səfirliyinə piyada getməyə məcbur qalıb.

Musavat.com

Seçilən
10
1
musavat.com

2Mənbələr