AZ

Azərbaycanlı paracüdoçu gözlərində problem olmadığı üçün AÇ-yə buraxılmadı

Azərbaycanlı paracüdoçu İlkin Nəsibov Gürcüstanı paytaxtı Tbilisi şəhərinə 18-21 sentyabr tarixlərində keçiriləcən Avropa çempionatına buraxılmayıb.

Operativ Media xəbər verir ki, J2 kateqoriyasında mübarizə aparan gözlərinin gördüyü aşkarlandığı üçün turnirdə iştirakına icazə verilməyib.

Onun gözlərində heç bir problem yoxdur.

Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıb.

Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana bilib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti də olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.

Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.

(Prosport.az)

Seçilən
13
24
operativmedia.az

10Mənbələr