Demokrat.az Prosport.az-a istinadən xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı müəyyən edilib.
Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıb.
Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana bilib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti də olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.
Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.
10Mənbələr
-
musavat.comDaha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı ( 21647584)
-
pravda.azDaha bir cüdoçumuzun gözləri görürmüş: Avropa çempionatına buraxılmayıb ( 21644263)
-
bakivaxti.azCüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı ( 21643780)
-
tribunainfo.azCüdoçumuzun gözləri görürmüş – Avropa çempionatına buraxılmadı ( 21643735)
-
olaylar.azDaha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı ( 21643672)
-
idman.bizDaha bir paracüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmayıb ( 21642607)
-
editor.azDaha bir cüdoçumuzun gözləri görürmüş: Avropa çempionatına buraxılmayıb ( 21642424)
-
demokrat.azCüdoçumuzun gözləri görürmüş — Avropa çempionatına buraxılmadı ( 21642394)
-
konkret.azCüdoçumuz AÇ-yə buraxılmadı: Gözləri görürmüş… ( 21640462)
-
olke.azDaha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmayıb ( 21640339)