AZ

Azərbaycan milli suverenliyini hər vasitə ilə qorumağa qadirdir- ÖZƏL

"Azərbaycan 30 ilə yaxın işğal altında qalan ərazilərini 2020-ci ildə - Vətən müharibəsində tarixi Qələbə qazanaraq azad etdi. Müharibədən sonra regionda sülh və sabitlik mühiti yaratmaq üçün rəsmi Bakı bir çox addımlar atdı. Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası, onların hüquqlarının təmin olunması və birgə yaşayış mühitinin formalaşdırılması Azərbaycan dövlətinin əsas hədəflərindən biri oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Bu müddət ərzində Azərbaycan dəfələrlə bəyan etdi ki, problemin yalnız siyasi-diplomatik yollarla, qarşılıqlı dialoq vasitəsilə həllinə sadiqdir. Üç il boyunca rəsmi Bakı sülh təklifləri irəli sürdü, yerli erməni əhalisi ilə təmas qurmağa çalışdı. Lakin bu çağırışlar qarşı tərəfdən anlayışla qarşılanmadı, əksinə, separatçı fəaliyyətlər davam etdi.
Azərbaycan isə Konstitusiya quruluşunun tam bərpası və bölgədə sabitliyin təmin olunması üçün lokal xarakterli antiterror əməliyyatına başladı. Peşəkar şəkildə aparılan bu hərbi tədbirlər nəticəsində separatçı silahlı dəstələr müqavimət göstərmək iqtidarında olmadı və ağ bayraq qaldırmağa məcbur oldular. Bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan öz ərazisində qeyri-qanuni hərbi varlığa dözməyəcək və milli suverenliyini hər vasitə ilə qorumağa qadirdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr