AZ

Stepan Danielyan: “Ermənistan Türkiyə və Azərbaycan üçün paz olaraq yaradılıb”

ain.az bildirir, Tribuna portalına istinadən.

“2019-cu ildə Ermənistana beş rayonu təhvil vermək, Qarabağ və iki rayonla məsələni dondurmaq təklif olunub. Paşinyan bunu xalqdan gizli saxladı, yəni kifayət qədər layiqli sülh təklif edildi və o, bu təklifi rədd etdi”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi erməni politoloq Stepan Danelyandır.

O qeyd edib ki, 1828-ci ildə ruslar Qafqaza gələndə indiki Ermənistan ərazisində ermənilərin sayı 20%-ni təşkil edirdi. “Onun da əhəmiyyətli bir hissəsini xristianlığı qəbul etmiş qaraçılar, boşalar təşkil edirdi”.

Danelyan deyib ki, Ermənistan Rusiya siyasəti üçün Türkiyə və Azərbaycan arasında paz kimi yaradılıb. “Biz o rolu oynamasaq, sadəcə olaraq dövlət kimi mövcud ola bilmərik. Bunu çox təəssüflə deyirəm, çünki heç kim paz rolunu oynamaq istəmir”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
tribunainfo.az

2Mənbələr