AZ

"Bu faciə olmasaydı, Putin dünyaya gəlməyəcəkdi" - İDDİA - FOTO

Rusiya prezidenti Vladimir Putinin dünyaya gəlişinə səbəb olan ailə hekayəsinin arxasında məcburi evlilik dayanır.

Milli.Az xəbər verir ki, iddialara görə, onun valideynləri sevgi ilə yox, faciəli bir hadisənin nəticəsində bir araya gəliblər.

Almaniyanın "Bild" nəşri rusiyalı araşdırmaçı jurnalistlər Roman Badanin və Mixail Rubinin qələmə aldığı "Öz adamının padşahı" kitabına istinadla bu barədə məlumat yayıb.

Mənbəyə görə, Putinin anası Mariya İvanovna və atası Vladimir Spiridonoviç 1928-ci ildə Tver vilayətinin Turqinovo kəndində baş vermiş hadisədən sonra evlənməyə məcbur olublar. Kitabda yazılır ki, 17 yaşlı Mariya həmyaşıdı Vladimiri evinə çağırıb, lakin o, dostları ilə gəlib. Qız qapını açmaq istəmədikdə, oğlanlar zorla həyətə girməyə çalışıblar. Bu zaman Vladimirin əlindəki çəngəl təsadüfən qızın üzünə dəyib və Mariya bir gözünü itirib.

Hadisədən sonra qızın valideynləri Vladimiri məhkəmə ilə hədələyərək Mariya ilə evlənməyə məcbur ediblər. Evlilikdən sonra ailə kəndi tərk edərək Leninqrada köçüb.

Kitabda qeyd olunur ki, sağ qalmış nadir fotolarda Mariya üzünün eybəcərləşmiş hissəsini gizlətməyə çalışır. Müəlliflər bu faktların Putinin valideynləri barədə dediyi "ata sərxoş olmazdı, kobud söz işlətməzdi" kimi rəsmi hekayələrlə üst-üstə düşmədiyini vurğulayırlar.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
20
2
milli.az

3Mənbələr