AZ

Azərbaycanda şüşə istehsalına investisiya qoyulacaq

 

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "ARGS Holding" MMC arasında şüşə istehsalı ilə məşğul olan "AzerFloat" ASC-nin nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Müqaviləni ABIF-in baş direktoru Yasin Cəlilov və "ARGS Holding" MMC-nin icraçı direktoru imzalayıb.

Müqavilə Azərbaycanda şüşə istehsalı sahəsində yeni imkanlar yaradacaq.

Seçilən
6
4
missiya.az

5Mənbələr