İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "ARGS Holding" MMC arasında şüşə istehsalı ilə məşğul olan "AzerFloat" ASC-nin nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb. 1news.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub. Müqaviləni ABIF-in baş direktoru Yasin Cəlilov və "ARGS Holding" MMC-nin icraçı direktoru imzalayıb. Müqavilə Azərbaycanda şüşə istehsalı sahəsində yeni imkanlar yaradacaq.