AZ

Azərbaycan və Çin birgə investisiya fondu yaradacaq

Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çinin "Silk Road Fund Co., Ltd" (SRF) şirkəti arasında birgə investisiya fondunun yaradılmasına dair saziş imzalanıb.

Operativ Media xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi AİH-in baş icraçı direktoru Ruslan Əlixanov və SRF-in idarəedici direktoru Den Cinxua imzalayıb.

Yeni fond iki ölkə arasında investisiya əməkdaşlığının genişlənməsinə xidmət edəcək.

Seçilən
20
4
operativmedia.az

10Mənbələr