AZ

Daha bir məktəbdə pul yığılır – Müavindən özünəməxsus AÇIQLAMA

Bakının Xətai rayonu 254 nömrəli məktəbində valideynlərdən pul yığıldığı iddia olunur.


Manset.az-a müraciət edən valideyn bildirib ki, “WhatsApp” qrupunda müxtəlif adlar altında valideynlərdən pul toplanır. Onun sözlərinə görə, sinif otağının təmiri, pərdələrin dəyişdirilməsi, fond pulu, gül pulu və digər məqsədlər üçün vəsait tələb olunur.

Məsələ ilə bağlı 254 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aslan Musayev iddialara münasibət bildirərək məsələni özünəməxsus şəkildə izah edib. O qeyd edib ki, bu məsələnin məktəblə bağlılığı yoxdur:

“Bildiyimə görə, həmin valideyn evdə yoldaşından pul almaq üçün məktəbin adından istifadə edib. Araşdırdıq və məlum oldu ki, guya kitab pulu, fond pulu adıyla yoldaşından pul istəyib. Sonradan qadın həyat yoldaşı ilə birlikdə məktəbə gəldi və hər ikisi etiraf etdi ki, bu, ailədaxili məsələdir, məktəbin heç bir günahı yoxdur. Müəllimə də təzədir, cəmi 4-5 gündür fəaliyyət göstərir. Bizə də məlumat verildi və məsələ bununla bağlandı”.

Aslan Musayev əlavə edib ki, bu mövzuda açıqlama vermək onun səlahiyyətində deyil. Məktəbdə hazırda direktor əvəzi fəaliyyət göstərən başqa şəxs var. Onunla əlaqə saxlamaq istəsək də, direktor müavini bildirdi ki, direktor məktəbdə deyil və nə vaxt gələcəyi barədə məlumatı da yoxdur.



Seçilən
18
manset.az

1Mənbələr