AZ

Fransanın Azərbaycana birbaşa xarici investisiyaları 8 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin birinci yarısında Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 60 milyon 473 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə və ya 53 milyon 433 min dollar çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 7 milyon 40 min dollar təşkil edirdi.

Birinci yarımildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Fransanın payı 1,9%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
17
3
banco.az

5Mənbələr