AZ

Adnan Əhmədzadə vəkili vasitəsilə onlara MESAJ GÖNDƏRDİ: “Mən bundan NARAHATAM!” – detallar CANLIda

DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub.

Bu, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

Gununsesi.info-ya açıqlamasında Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.

Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.

“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.

Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq.

Bu sözləri Teleqraf-a açıqlamasında ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev deyib.

O, iş adamının şəxsi istəyi ilə vəkil kimi prosesə qatıldığını vurğulayıb.

Ş.Mirzəyev A.Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunması haqda sualı cavablandırmaqdan imtina edib. Buna baxmayaraq, müvəkkili ilə İstintaq Təcridxanasında görüşdüyünü, A.Əhmədzadənin səhhətinin qaydasında olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks baş nazir Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
38
11
musavat.com

10Mənbələr