AZ

Nazir: Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük həcmdə sərmayə yatırır.

Nazir:
Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük həcmdə sərmayə yatırır. 1news.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) ikinci günündə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, iqlim dəyişikliyinə uyğun həllərin tapılması və məhsuldarlığın ildən-ilə artırılması məqsədilə nazirliyin müxtəlif məhsullar üzərində çalışan bir neçə tədqiqat institutu fəaliyyət göstərir: “Təhsil sahəsində isə Azərbaycan Dövlət Aqrar Universiteti mühüm rol oynayır”.

Məcnun Məmmədov vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı vergidən azaddır: “Əslində bu, ölkəmizin sahib olduğu ən dəyərli üstünlüklərdən biridir. Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, texnika və suvarma sistemləri gömrük rüsumu və ƏDV-dən tam azaddır. Bu isə aqrar sahəyə sərmayəni daha cəlbedici edir. Eyni zamanda fermerlərimizi dəstəkləyən bir sıra dövlət proqramları icra olunur”.

Seçilən
19
2
1news.az

3Mənbələr