AZ

Pezeşkianın oğluna ABŞ-a getməyə icazə verilmədi

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.

Olaylar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Yusif Pezeşkian prezidentin nümayəndə heyətinin üzvü kimi Nyu Yorka səfər etməli idi. Ancaq ABŞ bu il BMT tədbiri üçün iranlı rəsmilərə və onların ailə üzvlərinə viza verilməsinə daha sərt yanaşma nümayiş etdirib.

Qeyd edək ki, ABŞ Konqresində İran rəsmilərinə vizaların verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri də gündəmdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
7
olaylar.az

9Mənbələr