AZ

Trampdan Özbəkistana 8 milyard dollarlıq təbrik

ABŞ prezidenti Donald Tramp Özbəkistanı "Boeing" şirkəti ilə təqribən 8 milyard dollarlıq müqavilə bağladığına görə təbrik edib.

Olaylar.az xəbər verir ki, o, təbriki özünə məxsus Truth Social hesabında paylaşıb: "Bu gün mən Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevi Boeing ilə möhtəşəm müqavilə imzalaması münasibətilə təbrik etmək istəyirəm! Özbəkistan Hava Yolları 8 milyard dollardan çox qiymətə 22 Boeing Dreamliner 787 təyyarəsi alır".

Tramp Özbəkistan prezidentin tərifləyib: "Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq. Prezident Mirziyoyev sözünün adamıdır və biz bir çox başqa məsələlərdə birgə işləməyə davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
1
olaylar.az

2Mənbələr