Bakı.Trend:
DİN BNMİ-dən növbəti əməliyyat: 30 kq narkotik vasitəaşkarlanıb.
Trend Xəbərverir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsininqarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı qeydedilən cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli vəCavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuanaaşkarlanıb:
"İ.Səyidli və C.Həsənzadənin şəxsiyyəti istintaqla araşdırılanİran vətəndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinəgirərək narkotik vasitələri təyin edilən ünvanlardan götürdüklərivə satış məqsədi ilə razılaşdırılan nöqtələrə yerləşdirməyiplanlaşdırdıqları məlum olub. Həmçinin C.Həsənzadə diqqətdənyayınmaq və yük avtomobili sürücüsü görüntüsü yaratmaq məqsədi iləməhz idarə etdiyi iritonnajlı nəqliyyat vasitəsində narkotiklərindaşınmasını təşkil edib.
Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əməliyyat-istintaq tədbirləri davam etdirilir",-əlavə olunub.