AZ

Hərdən Ülvinin “gələcəyi” haqqında danışırıq... Könül Bünyadzadə

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

23 sentyabr Azərbaycan şairi, publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə şəhidin bacısı, filosof Könül Bünyadzadənin sosial şəbəkədə qardaşı ilə bağlı yazdığı paylaşımı təqdim edir.

Uşaqlıqda ailənin üç uşağı oturub tez-tez gələcəyimizin necə olacağını təsəvvür edər, planlar qurardıq. İndi də anamla hərdən oturub Ülvinin “gələcəyi” haqqında danışırıq.-Könül, səncə Ülvi indi nə işlə məşğul olardı? Çətin illərə uyğunlaşıb biznesə başlayardı? Yoxsa...-Yox, mama, Ülvi elmi sevirdi, onun biznesnən nə işi? İndi böyük bir alimiydi, arxivlərdən heç kimin bilmədiyi tarixi faktlar çıxarıb qalaq-qalaq kitablar yazmışdı.- Görəsən, o da xarici ölkədə yaşamağa üstünlük verərdi?- Yox, Ülvi Azərbaycanı sevən biridi, elə Azərbaycanda qalıb onun gözəl gələcəyi üçün bütün çətinliklərə qatlaşardı. Bizim hansımız xarici ölkəni Azərbaycandan üstün tutduq ki, o da tutaydı. - Könül, yəqin ki, Ülvi elmdə irəli gedərdi.- Əlbəttə, mama. Elm üçün vacib nə varsa, hamısı Ülvidə varıydı: öz məqsədinə doğru getmək, gecəsini gündüzünə qatıb işləmək qabiliyyəti, məsələnin mahiyyətini duymaq istedadı, təhlil bacarığı, xarici dil bilgiləri, başlıcası da qəşəng yazı üslubu, məntiq. - Ülvi yaman həssasdı, bu Qarabağ müharibəsində dözməzdi, mütləq könüllü gedərdi.- Ülvi elə birinci müharibədə də qoşulardı, ikincidə də. O, istədiyinə çatmağı bacarırdı.Ad günün mübarək, Ülvi. Biz sənin gələcəyindən hələ çox danışacağıq, əsas odur, sən gələcəyinə gedən ən yaxşı yolu seçibsən.

V Beynəlxalq Dil və Tərcüməşünaslıq konfransı keçiriləcək

"Kamançama onlar xəyanət elədi" - Habil Əliyev Alim Qasımovu niyə qəbul etmirdi?

Mağazanın altından 317 skelet tapıldı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
kulis.az

1Mənbələr