Türkiyə polisi Ankara Böyükşəhər Bələdiyyəsində əməliyyat aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
"Ankara Böyükşəhər Bələdiyyəsinin 2021-2024-cü illər arasında təşkil etdiyi konsert xərclərinə 154 milyon türk lirəsi məbləğində "ictimai ziyan" iddiası ilə 13 nəfər saxlanılıb. Ankara Baş Prokurorluğu tərəfindən istintaq davam edir", - məlunatda qeyd olunub.