AZ

Xəstə uşağın görüntüsünü paylaşıb, pul yığdı- SAXLANILDI

Ajans.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.az-a bildirib ki, uşağın vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı polisə məlumat daxil olub. Müraciət üzrə polis tərəfindən araşdırmalara başlanılıb. Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Seçilən
23
19
Ajans.az

10Mənbələr