AZ

Bu qan testi orqanların necə qocaldığını göstərir

Yazını böyüt
Yazını kiçilt

Alimlər bədənin ümumi bioloji yaşını deyil, ayrı-ayrı orqan və sistemlərin necə qocaldığını ölçən yeni qan testi hazırlayıblar.

Hafta.az xəbər verir ki, əvvəlki testlər yalnız bir rəqəmlə bioloji yaşı göstərirdi, amma hansı orqanın daha sürətli qocaldığını demirdi. ABŞ-də aparılan yeni araşdırmada isə ürək, ağciyər, beyin, metabolik və immun sistemi də daxil olmaqla 11 fizioloji sistemin qocalma sürəti ayrıca ölçülə bilir.

Tədqiqatçılar 7500 nəfərin sağlamlıq göstəricilərini toplayaraq süni intellektlə analiz ediblər. Qandakı DNT metilasiya nümunələri əsasında hər sistem üçün ayrıca “yaş balı” hesablanır. Nəticələr göstərib ki, bu test ənənəvi bioloji yaş ölçmələrindən daha dəqiqdir və ürək xəstəliyi, immun zəifliyi kimi riskləri əvvəlcədən proqnozlaşdıra bilir.

Mütəxəssislərin fikrincə, bu yanaşma gələcəkdə həkimlərə daha fərdi müalicə strategiyaları seçməyə imkan verəcək. Məsələn, kimin immun sistemi daha tez qocalırsa, ona xüsusi qoruyucu tədbirlər, ürəyi risk altında olanlara isə həyat tərzi dəyişiklikləri və dərmanlar tövsiyə oluna bilər. /“MedicalXpress”/

Seçilən
11
6
hafta.az

7Mənbələr