BAKI, 23 sentyabr. TELEQRAF
Estoniya Rusiyanın hava məkanını pozduqdan sonra Böyük Britaniyanın nüvə silahı daşıya bilən F-35-lərini ölkə ərazisində yerləşdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur bildirib.
“The Telegraph” yazıb ki, bu qərar son insidentlər fonunda müzakirə olunur: keçən həftə Rusiyanın üç MiQ-31 təyyarəsi Estoniyanın hava məkanını pozaraq, 12 dəqiqə NATO sərhədləri daxilində qalıb.
F-35A-nın mümkün yerləşdirilməsi ilə bağlı sualı cavablandıran Pevkur qeyd edib: “Qapı müttəfiqlər üçün həmişə açıqdır”.
Britaniya qırıcıları artıq NATO-nun Baltikyanı patrul missiyasının bir hissəsi kimi Amari aviabazasında uçuşlar həyata keçirir.
Estoniyanın öz döyüş təyyarələri yoxdur, ona görə də Britaniyanın “F-35” və “Tayfun”, eləcə də digər müttəfiqlərin təyyarələri Amari aviabazasında müntəzəm olaraq fəaliyyət göstərir. Müdafiə naziri vurğulayıb ki, NATO-nun istənilən addımı mütənasib olmalı və hər bir hadisədən asılı olaraq həyata keçirilməlidir.
Rusiya Estoniyanın hava məkanını pozduğunu inkar edir, amma Pevkur deyib ki, Tallinin sübutları var. Rusiya təyyarələri İtaliya F-35-lərinin köməyi ilə NATO məkanından çıxmağa məcbur edilib.