AZ

Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir - Bahar Muradova

Bakı. Trend:

Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlımünaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsaltəhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır.

Trendxəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü DünyaKonfransının otuzuncu ildönümünə həsr olunmuş BMT BaşAssambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənintəşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgəhəmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlananqlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.

Bahar Muradova bildirib ki, belə bir dövrdə ən etibarlı dayaqailədir və Azərbaycan üçün ailə hər zaman yalnız şəxsi həyatındeyil, həm də sosial münasibətlərin, milli həmrəyliyin və ictimaisabitliyin əsas dayağı olub.

“Hazırda ölkəmizdə ailə siyasəti dövlətin inkişafstrategiyasının prioritet istiqamətlərindəndir. Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsi bu sahədə uşaq hüquqlarınınmüdafiəsi, ailə dəyərlərinin gənclər arasında təbliği, sosialrifahın yüksəldilməsi, məişət zorakılığı ilə mübarizə və zərərlirəqəmsal məzmunlara qarşı tədbirlər kimi məsələləri diqqətmərkəzində saxlayır”,- deyə komitə sədri əlavə edib.

O, Azərbaycanın son illərdə həyata keçirdiyi hüququ islahatlarbarədə danışaraq bu baxımdan nikah yaşının yalnız 18-dənbaşlamasını, yaxın qan qohumları arasında nikaha məhdudiyyətlərintətbiq edilməsini, erkən evlilik və yetkinlik yaşına çatmayanlarladini nikah bağlanmasına şərait yaradanlara qarşı inzibati vəcinayət məsuliyyətinin sərtləşməsini vurğulayıb.

Bahar Muradova bildirib ki, Azərbaycan ailə siyasətinə həm millidəyərlərin qorunması, həm də müasir beynəlxalq standartlarıntətbiqi prizmasından yanaşır.

O əlavə edib ki, Türkiyə Respublikasının birinci xanımı ƏminəƏrdoğanın və Azərbaycan Respublikasının Birinci vitse-prezidentiMehriban Əliyevanın dəstəklədiyi “Sıfır tullantı” təşəbbüsü yalnızekoloji layihə deyil, həm də ailə institutunun həmrəylikplatforması kimi dəyərlidir. “Üç əsas istiqamətdə beynəlxalqəməkdaşlığı vacib hesab edirik. Bu ilk növbədə sosial həmrəyliyinmöhkəmləndirilməsi – milli səviyyədə atılan addımların qlobalmiqyasda paylaşılması ola bilər. Bir digər istiqamət uşaqlarınqorunması – xüsusilə rəqəmsal dövrdə onların təhlükəsiz və sağlammühitdə böyüməsini təmin etməkdir. Üçüncü isə, qlobal tərəfdaşlıq –“ailə diplomatiyası” platformalarının qurulması və ən yaxşıtəcrübələrin mübadiləsi məsələsidir. Azərbaycan inanır ki, ailəyəgöstərilən hər bir dəstək əslində bəşəriyyətə xidmətdir. Güclüailələr güclü icmalar yaradır, güclü icmalar isə sabit dövlətlərəçevrilir və qlobal sabitlik üçün dayanıqlı zəmin formalaşdırır”,-deyə komitə sədri vurğulayıb.

Tədbirdə Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan,Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşvə tərəfdaş ölkələrin təmsilçiləri çıxış ediblər.

Seçilən
19
5
az.trend.az

6Mənbələr