UFC-nin Şöhrət Zalının üzvü və yüngül çəkidə keçmiş dünya çempionu Həbib Nurməhəmmədov PSJ və Fransa millisinin hücumçusu Usman Dembeleni 2025-ci ilin “Qızıl top” mükafatını qazanması münasibətilə təbrik edib.
İdman.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Həbib Dembelenin və İslam Maxaçevin iştirakı ilə 2024/25 Çempionlar Liqasının finalında çəkilmiş fotosunu əlavə edərək təbrik mesajını yazıb: “Dembele ən yaxşıdır, təbrik edirəm”.
Qeyd edək ki, “Qızıl top” mükafatının səsverməsində Dembele “Barselona”nın gənc ulduzu Lamin Yamalı geridə qoyub. Üçüncü pillədə isə onun komanda yoldaşı Vitinya qərarlaşıb.
İdman.biz