AZ

Fələstin prezidenti seçkilərin vaxtını açıqladı

Fələstin prezidenti seçkilərin vaxtını açıqladı

Fələstin prezidenti Mahmud Abbas ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyini təsdiqləyib.

AFN.az-ın xəbərinə görə, o, BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllinə dair beynəlxalq konfransda bildirib ki, seçkilər Qəzzada atəşkəsin tam bərpasından bir il ərzində baş tutacaq.

Abbas bildirib ki, üç ay ərzində müvəqqəti konstitusiya layihəsi hazırlanacaq ki, bu da hakimiyyətin ötürülməsini təmin edəcək. Prezident vurğulayıb ki, heç bir partiya və ya şəxs Fələstin Azadlıq Təşkilatının siyasi proqramı və beynəlxalq öhdəliklərinə riayət etmədən seçkilərdə iştirak edə bilməyəcək. Seçkilərin beynəlxalq müşahidə altında keçiriləcəyi də bildirilib.

Abbas həmçinin tarixi Nyu-York bəyannaməsinə görə BMT-yə və iştirakçı dövlətlərə təşəkkür edib. 12 sentyabrda BMT Baş Assambleyası iki dövlətli həll yoluna doğru geri dönməz addımları nəzərdə tutan sənədi 142 səs lehinə, 10 əleyhinə və 12 bitərəf səslə qəbul edib.

Seçilən
16
afn.az

1Mənbələr