AZ

Yaponiya XİN rəhbəri: Tokionun Fələstini dövlət kimi tanıması an məsələsidir...

Tokio “iki xalq üçün iki dövlət” konsepsiyasını bir daha dəstəkləyib...

Poliqon xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Takeşi İvaya beynəlxalq konfransda çıxışı zamanı Tokionun Fələstinin dövlətçiliyini tanımasının sadəcə zaman məsələsi olduğunu bildirib. Diplomat vurğulayıb ki, “Yaponiya üçün Fələstini tanımaq ‘əgər’ sualı deyil, ‘nə vaxt’ məsələsidir”.

Nazir xatırladıb ki, Tokio uzun illərdir Yaxın Şərq münaqişəsinin həlli üçün əsas prinsip hesab edilən “iki xalq üçün iki dövlət” konsepsiyasını ardıcıl şəkildə dəstəkləyir.

Eyni zamanda, İvaya İsrailin Qəzza zolağında həyata keçirdiyi “bir tərəfli addımları” pisləyib. Bununla yanaşı, o, “Həmas” hərəkatının fəaliyyətini də tənqid edərək, bütün girovların dərhal azad edilməsini tələb edib.

Siyasi analitiklərin fikrincə, Yaponiyanın bu mövqeyi beynəlxalq diplomatiyada mühüm dönüş nöqtəsi ola bilər və Tokionun gələcək addımları Fələstin məsələsinin həllində ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr