AZ

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.


Pravda.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.


Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.


Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix: 23 Sentyabr 2025, 07:21   
Seçilən
22
13
pravda.az

10Mənbələr