AZ

Məşhur avtomobil şirkəti 22 il ərzində ilk dəfə loqosunu dəyişdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Suzuki Motor Corporation" 22 ildən sonra ilk dəfə öz məhsullarında istifadə etdiyi emblem dizaynını yeniləyib.
Oxu.Az xəbər verir ki, bu barədə sentyabrın 22-də şirkətin Mətbuat Xidmətindən iz.ru-ya məlumat verilib.
Şirkətin açıqlamasına görə, "Suzuki"nin fərdi üslubunu ifadə edən konturlar və stilizə olunmuş "S" hərfi saxlanılıb, lakin loqo daha yastı formaya salınıb. Bu dəyişiklik rəqəmsal dövrün tələblərini əks etdirmək məqsədi daşıyır.
Bundan əlavə, ənənəvi xrom örtük ətraf mühitə təsiri azaltmaq və brendin yeni inkişaf mərhələsinə keçidini vurğulamaq üçün gümüş boya ilə əvəz edilib.
Yeni emblem 31 oktyabrdan 9 noyabradək Tokioda keçiriləcək "Japan Mobility Show" sərgisində təqdim olunacaq konsept avtomobillərdə debüt edəcək.
Seçilən
83
50
oxu.az

10Mənbələr