AZ

Ankaranın xarici siyasətinin əsasını dialoq və vasitəçilik təşkil edir - Ərdoğan

Ankara Qafqazdan Afrikaya, Yaxın Şərqdən Balkanlara qədər geniş coğrafiyada dayanıqlı sülhə və münaqişələrin diplomatik həllinə töhfə vermək məsuliyyətindən heç vaxt yayınmayıb. SİA xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Newsweek” jurnalında dərc olunan məqaləsində bildirir.

“Ədalət və rifah kontekstində Türkiyənin diplomatik baxışı” başlıqlı yazıda Türkiyə lideri beynəlxalq hüquqla bağlı böhran və BMT Təhlükəsizlik Şurasının müasir münaqişələrin qarşısını almaq və onları həll etməkdə acizliyi məsələsinə diqqət yönəldib.

“BMT-nin strukturunda dərhal islahat aparılmalıdır. Bu qlobal platforma öz təməl fəlsəfəsinə uyğun fəaliyyət göstərməlidir. BMT böhran vəziyyətlərinin ədalətli həllinin səmərəli mexanizmlərini işləyib hazırlamalıdır”, – deyə Prezident Ərdoğanın məqaləsində vurğulanır.

Dövlət başçısı qeyd edib ki, çoxsaylı çağırışlara baxmayaraq, Ankara dialoq və vasitəçiliyə əsaslanan fəal xarici siyasət yürütməkdə davam edir. Ərdoğan bunun bariz nümunəsi kimi “Qara dəniz taxıl təşəbbüsü”nü göstərib. Prezidentin sözlərinə görə, bu təşəbbüs həm regional, həm də qlobal təhlükəsizlik və sabitliyə konkret töhfə verib.

Yaxın Şərqdəki vəziyyətə toxunan Türkiyə Prezidenti Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmətin vacibliyini vurğulayıb, Fələstin dövlətinin tanınması ilə bağlı qərarları isə müsbət qarşıladığını bildirib.

Seçilən
9
2
sia.az

3Mənbələr