AZ

Ərdoğan İsrailin regionda ekspansiyasına yol verməməyə çağırdı

İsrailin regionda ekspansiyasına yol vermək və Fələstin dövlətini mövcudluq imkanından məhrum etmək olmaz.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Fələstinə həsr olunmuş konfransda bildirib.

"Biz istərdik ki, Fələstin Prezidenti Mahmud Abbas bu gün bizimlə olsun. Bununla belə, burada çıxış edənlərin hamısının eyni zamanda Fələstin xalqının səsi olmasını son dərəcə dəyərli hesab edirəm. Fələstin problemi qlobal məsələyə çevrilib, bu zalda iştirak edənlər də bunu təsdiqləyir. İki dövlətin yaradılması ideyasını məhv etmək, Fələstin dövlətini mövcudluq imkanından məhrum etmək, Fələstin xalqını qovmaq və regionda İsrailin ekspansionist ambisiyalarını həyata keçirmək - buna heç bir halda yol vermək olmaz", - Türkiyə lideri söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
1
olaylar.az

2Mənbələr