AZ

Fələstin üçün dövlətçilik mükafat deyil, hüquqdur - Quterreş

Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur və bunu inkar etmək bütün dünyadakı ekstremistlərə hədiyyə olardı.

Report  xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib

BMT-nin baş katibi mövcud vəziyyəti dözülməz adlandıraraq, yeganə həll yolunun iki dövlətli nizamlanma olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hər iki dövlət üçün paytaxtı Qüds olmaqla, 1967-ci ildən əvvəlki sərhədlər daxilində müstəqil, suveren və demokratik Fələstin Dövləti yaradılmalıdır: "İki dövlət olmasa, Yaxın Şərqdə sülh olmayacaq, radikalizm bütün dünyaya yayılacaq".

Quterreş, həmçinin dərhal və daimi atəşkəs, bütün girovların qeyd-şərtsiz azad edilməsi və humanitar yardımların tam təmin edilməsi çağırışını təkrarlayıb.

O vurğulayıb ki, heç bir şey Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına və ya hər hansı formada etnik təmizləməyə haqq qazandıra bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
7
olaylar.az

8Mənbələr