AZ

"Qarabağ"ın rəqibindən çətin qələbə - VİDEO

İtaliya çempionatının lideri "Napoli" ötən gün çempionatın 4-cü turu çərçivəsində "Piza"nı qəbul edib.

İdman.biz bildirir ki, "Napoli" UEFA Çempionlar Liqasının ümumi mərhələsində "Qarabağ" klubunun rəqibidir. Komandalar arasında oyun noyabrın 25-də Neapolda keçiriləcək.

Oyunda hesabı "Napoli" açıb. 39-cu dəqiqədə bunu Gilmor edib - 1:0. İlk hissə bu hesabla bitib.

60-cı dəqiqədə Nzola cavab topunu vurub - 1:1.

73-cü dəqiqədə Spinatsolla yenidən meydan sahiblərini önə çıxarıb - 2:1.

82-ci dəqiqədə Lukka hesab arasındakı fərqi artırıb - 3:1.

"Piza"nın fubolçusu Lorran 90-cı dəqiqədə "Napoli"nin qapısına yol tapa bilib - 3:2. Oyun bu hesabla da qurtarıb.

"Napoli" bu qələbədən sonra 4 oyundan 12 xal toplayaraq lider mövqeyini qoruyur. Cəmi 1 xalı olan "Piza" 19-cu yerdədir.

İdman.biz

Məqalədə:
Seçilən
16
idman.biz

1Mənbələr