AZ

Prezident İlham Əliyev “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və başəməliyyat direktoru Conatan Qrey ilə görüşüb.

Trend xəbər verirki, Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadiislahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçüncəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyişirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası DövlətNeft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlıolduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiyamühitini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcımaliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək,ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləriəsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçünəlverişli zəmin yaratdığını vurğulayıb.

Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrədünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” 1985-ciildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak,kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedcfondları üzrə investisiya portfellərini idarə edir. Hazırda“Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşənşirkət London, Honq Konq, Dubay, Sinqapur və Tokio da daxil olmaqladünyanın 27 şəhərində fəaliyyət göstərir.

Seçilən
143
23
az.trend.az

10Mənbələr