AZ

“Qapıçılar mükafatı yalnız Lev Yaşinin adını daşımalıdır”

İtaliyanın “İnter” klubunun sabiq qapıçısı və Fransa millisinin keçmiş üzvü Sebastyan Frey mövsümün ən yaxşı qapıçısına verilən mükafatın adının dəyişdirilməsi təşəbbüsünə qarşı çıxıb.

90deqiqe.Az xəbər verir ki, "Legalbet" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Eşitmişəm ki, mükafatı Yaşinin adından çıxarmaq istəyirlər. Bu, tamamilə yanlışdır! Yaşin futbol tarixində “Qızıl top”u qazanan yeganə qapıçıdır. O, ən yaxşıların ən yaxşısıdır, bir çox nəsillərin ikonasına çevrilib. Bu mükafat yalnız onun adını daşımalıdır! Başqa cür ola bilməz”

Hazırda mükafat SSRİ yığmasının və Moskva “Dinamo”sunun əfsanəvi qapıçısı Lev Yaşinin adını daşıyır.

Xatırladaq ki, Lev Yaşin 1963-cü ildə “Qızıl top” mükafatını qazanıb. Futbol tarixində indiyədək heç bir digər qapıçı bu mükafata sahib olmayıb. UEFA İcraiyyə Komitəsi daha əvvəl mükafatın adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış etmişdi.

Seçilən
53
6
90deqiqe.az

10Mənbələr