Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç ilə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Nazir bildirib ki, görüşdə ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsinin iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün əhəmiyyəti vurğulanıb. Tərəflər ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi, birgə fəaliyyətin perspektivləri və potensial layihələrin reallaşdırılmasının önəmi barədə fikir mübadiləsi aparıblar.
Bakıda keçirilən Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində #Serbiya-nın daxili və xarici ticarət naziri xanım Yaqoda Lazareviç ilə görüşdük.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025
Ölkələrimiz arasında strateji tərəfdaşlığın güclənməsinin #iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün faydaları,… pic.twitter.com/ds3zOgWgSN