AZ

“Yuventus”un məhkəmə işi yekunlaşdı: Sabiq rəhbərlərə bu cəza verildi

“Yuventus”un maliyyə fırıldaqları ilə bağlı məhkəmə işi yekunlaşıb.

Sentyabrın 22-də “Yuventus” və keçmiş klub rəhbərlərinin qeyri-qanuni kapital qazanmasında və maaş fırıldaqlarında ittiham olunduğu “Prisma işi” adlanan məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, “Yuventus”un sabiq bossları günahlarını etiraf etmək üçün müqavilə bağlayıblar və şərti həbs cəzası alıblar. Onlar həm də cərimələniblər.

Belə ki, klubun keçmiş prezidenti Andrea Aneylli 1 il 8 ay, keçmiş vitse-prezident Pavel Nedved 1 il 2 ay, keçmiş idman direktoru Fabio Paratiçi və baş məsləhətçi Çezare Qabazio isə hər biri 1 il 6 ay şərti cəza alıb.

Seçilən
22
publika.az

1Mənbələr