Bakı. Trend:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam şəkildə istifadəyəverildiyi halda, həm İran, həm Azərbaycan, həm də regionun digərölkələrinin mənafeyi istiqamətində fəaliyyət göstərəcək.
Bunu Trend-ə özəl müsahibəsində İranınAzərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.
Səfir bildirib ki, məlum olduğu kimi, Şimal-Cənub BeynəlxalqNəqliyyat Dəhlizinin İran ərazisində üç marşrutu var. Bu dəhlizinqərb marşrutu Azərbaycandan keçməklkə İran və Rusiyanı bir-birinəbirləşdirir.
Dəmirçilu qeyd edib ki, hazırda Rusiyanın iştirakı iləŞimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astaradəmiryolunun tikintisi istiqamətində işlər aparılır.
İranlı səfir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq NəqliyyatDəhlizinin Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsindən əlavəİran sərhəd-keçid məntəqələrində mövcud müəyyən maneələri aradanqaldırmağa və gömrüklərdə keçidlərin sadələşdirməsinə çalışır.
“Başqa sözlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizininpotensialından istifadə etmək üçün infrastrukturlar diqqətmərkəzində durmalı, üstəlik bununla yanaşı digər imkanları dainkişaf etdirmək lazımdır”, - deyə o qeyd edib.