AZ

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycanın mənafeyi istiqamətində fəaliyyət göstərəcək

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam şəkildə istifadəyə verildiyi halda, həm İran, həm Azərbaycan, həm də regionun digər ölkələrinin mənafeyi istiqamətində fəaliyyət göstərəcək.

Bunu Trend-ə özəl müsahibəsində İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Səfir bildirib ki, məlum olduğu kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisində üç marşrutu var. Bu dəhlizin qərb marşrutu Azərbaycandan keçməklkə İran və Rusiyanı bir-birinə birləşdirir.

 

Dəmirçilu qeyd edib ki, hazırda Rusiyanın iştirakı ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi istiqamətində işlər aparılır.

İranlı səfir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsindən əlavə İran sərhəd-keçid məntəqələrində mövcud müəyyən maneələri aradan qaldırmağa və gömrüklərdə keçidlərin sadələşdirməsinə çalışır.

"Başqa sözlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə etmək üçün infrastrukturlar diqqət mərkəzində durmalı, üstəlik bununla yanaşı digər imkanları da inkişaf etdirmək lazımdır", - deyə o qeyd edib.

Seçilən
2
1
day.az

2Mənbələr