AZ

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müzakirələr zamanı hər iki tərəf Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və gələcək inkişaf imkanlarını araşdırıb.

Mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi əsas sektorlarda birgə səylərin artırılması yer alıb.

Tərəflər, həmçinin regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini haqqında danışıblar.

  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
Seçilən
10
19
xezerxeber.az

10Mənbələr