AZ

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

Bakı. Trend:

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsindəAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqınınxarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, AvropaKomissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Aİ arasında münasibətlərin hazırkıvəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və gələcək imkanlarımüzakirə ediblər. Həmçinin siyasi dialoqun gücləndirilməsi, ticarətvə iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat,davamlı inkişaf və humanitar təşəbbüslər kimi sahələrdə birgəsəylərin artırılması müzakirə olunub.

Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsiaparıb və Azərbaycanla Ermənistan arasında davam edən sülhprosesini müzakirə ediblər.

Seçilən
4
14
az.trend.az

10Mənbələr