AZ

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ADA Universitetinin Qazax Mərkəzində qeyd olunub (FOTO)

Bakı. Trend:

20 sentyabr 2025-ci il tarixində Qazax MüəllimlərSeminariyasında və yeni fəaliyyətə başlamış İncəsənət MərkəzindəAzərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Trend xəbərverir ki, Üzeyir Hacıbəylinin zəngin irsinin qorunması, gənc nəslətanıdılması və milli musiqi mədəniyyətinin regionlarda təbliğiməqsədini daşıyan yubiley tədbiri ADA Universiteti və MədəniyyətNazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Gün ərzində sərgi,rəsmi və elmi çıxışlar, həmçinin konsert proqramı təqdimolunub.

ADA Universiteti tərəfindən bərpa edilən tarixi İsrafil ağahamamı bundan sonra Qazax Müəllimlər Seminariyasının İncəsənətMərkəzi kimi fəaliyyət göstərəcək. Buradakı ilk sərgi ÜzeyirHacıbəylinin həyat və yaradıcılığına həsr olunub.

Tədbirin rəsmi hissəsində ADA Universitetinin rektoru HafizPaşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vəuniversitetin prorektoru Vəfa Kazdal çıxış ediblər.

Rektor Hafiz Paşayev çıxışında gənc nəslin milli kimliyini,mənsubiyyətini və ölkə tarixini öyrənməsinin vacibliyinivurğulayaraq qeyd edib ki, bu dəyərlərin dərindən mənimsənilməsiyalnız fərdi inkişaf üçün deyil, həm də Azərbaycan dövlətçiliyininmöhkəmlənməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüməhəmiyyət kəsb edir.

“Dəyərlərlə bərpa olunan məkan və təhsil” mövzusunda çıxış edənQazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmmədisə təhsildə dəyərlərin önəmini qeyd edib və xalqımızın görkəmlimaarifçilərinin irsinin yaşadılmasının əhəmiyyətindən danışıb.

Proqram çərçivəsində Azərbaycanın tanınmış musiqişünas, tarixçivə incəsənət xadimlərinin iştirakı ilə “Üzeyir Hacıbəyli fenomeni:XXI əsrdən baxış” mövzusunda panel müzakirəsi keçirilib.Musiqişünas və Beynəlxalq Musiqi Şurasının rəhbəri NigarAxundovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində BakıMusiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, ZümrüdDadaşzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professorKamilə Dadaşzadə, AMEA-nın Folklor İnstitutunundirektoru, Hikmət Quliyev, tarix elmləri doktoru, professor SolmazTohidi, bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev,Azərbaycan Milli Konservatoriyasının prorektoru, AzərbaycanRespublikasının Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynovaməruzələrlə çıxış ediblər.

Daha sonra “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının2024–2025-ci tədris ili məzunlarına diplomlar təqdim olunub.

Yubiley tədbiri xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi iləNiyazi adına Dövlət Simfonik Orkestrinin təqdim etdiyi möhtəşəmkonsertlə başa çatıb.

Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Məqalədə:
Seçilən
16
4
az.trend.az

5Mənbələr