AZ

“Şahdəniz”də yeni mərhələ: Şahdəniz Kompressiya layihəsi vasitəsilə yataqdan maksimum qazvermə əmsalına nail olacayıq.

Bakı. Trend:

“Şəfəq” Günəş Elektrik Stansiyası azad olunmuş ərazilərdəqurulan 240 MVt-lıq günəş elektrik stansiyasıdır. Layihəninüstünlüyü ondan ibarətdir ki, burada virtual enerji ötürülməmexanizmi tətbiq olunacaq. Yəni azad edilmiş ərazilərdə 240 MVtgünəş enerjisi istehsal edib milli şəbəkəyə ötürəcəyik və eynizamanda həmin miqdarda enerjini milli şəbəkədən alaraqAzərbaycandakı neft-qaz emalı üzrə ən iri obyektinin – Səngəçalterminalının elektrikləşdirilməsinə yönəldəcəyik.

Trend xəbərverir ki, bunu bp-nin Xəzər regionu üzrə kommunikasiya və xariciəlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakıdakeçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundabildirib.

bp rəsmisi qeyd edib ki, bu, enerji keçidinin çox uğurlunümunəsidir:

"Çünki uzun illər neft-qaz ənənəsi olan bir ölkədə 30 illiktəcrübəyə malik beynəlxalq enerji şirkəti neft-qaz gəlirlərinin birhissəsini günəş enerjisinə yönəldir, həmin günəş enerjisi isəneft-qaz emalı müəssisələrinin elektrikləşdirilməsində istifadəolunur. Nəticədə, Səngəçal terminalının gələcək istismar dövründəterminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50%azaldılmasına imkan yaradılacaq. Bu, enerji keçidinin idealnümunəsidir.

Bu təkcə bir layihə ilə məhdudlaşmır. Biz həmçinin gələcəkdəŞahdəniz yatağının elektrikləşdirilməsini nəzərdə tuturuq. Bununüçün ilk addım olaraq "Şahdəniz Alfa” platformasına 8 kilometraralıda yerləşən “Bravo” platformasından birbaşa elektrik enerjisialmaq imkanı yaradıldı. Bundan əlavə, yeni tikiləcək ŞahdənizKompressiya platforması bütövlüklə elektrik enerjisi ilə işləyəcəkvə Şahdəniz Bravonun elektrik enerjisi ilə təchiz olunmasına daxidmət edəcək. Bu isə, nəticədə, Şahdəniz yatağındakıəməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkanyaradacaq. B. Aslanbəyli onu da qeyd edib ki, Şahdəniz Kompressiyalayihəsində əsas məqsəd aşağı təzyiqli qaz ehtiyatlarını əlçatanetmək və maksimum qazvermə əmsalına nail olmaqdır.

B. Aslanbəyli həmçinin vurğulayıb ki, əməkdaşlığın vəinvestisiya münasibətlərinin gələcəyi yalnız mövcud əməliyyatlarındavamı ilə məhdudlaşmır:

"Eyni zamanda yeni enerji mənbələrinə əsaslanan, innovativyanaşmalar və fərqli vizyon üzərində qurulan yeni üfüqlərə açılır.Bütün bunlar ölkə ilə, Azərbaycan hökuməti ilə, SOCAR və digərtərəfdaşlarla formalaşmış strateji münasibətlərə əsaslanır.Azərbaycanın investisiya mühitini fərqləndirən başqa bir mühüm amildə var: artıq 31 ildir ki, hasilatın pay bölgüsü sazişlərininşərtləri heç vaxt tərəflərin razılığı olmadan dəyişdirilməyib. 1994və 1996-cı illərdə imzalanmış müqavilələrdəki bütün öhdəliklər bugün də tam yerinə yetirilir. Bu isə istənilən investor üçün əslarzuolunan mühitdir".

"Məhz bu tərəfdaşlıq münasibətləri fonunda biz Azərbaycandakıfəaliyyətimizi yalnız ənənəvi neft-qaz sahəsində deyil, həm dəbərpa olunan enerji və enerji keçidi sahələrində uğurla davametdirməyi planlaşdırırıq", - deyə B. Aslanbəyli əlavə edib.

Seçilən
13
1
az.trend.az

2Mənbələr