AZ

Bu hadisə bazarda qiymət artımına səbəb olacaq KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Son günlər müşahidə edilən qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərə bilər. Hava şəraitindəki dəyişikliklər, istər temperaturun normadan kənar olması, istər güclü yağışlar, quraqlıq və ya şaxta kənd təsərrüfatının müxtəlif mərhələlərinə mənfi təsir edir. Bu təsirlər özünü əkinçilik, bitkilərin böyüməsi, suvarma, məhsulun yığımı və daşınması, həmçinin bazara çıxarılan təklifin azalması kimi sahələrdə göstərir”.

Bu barədə KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

“Yağışların normadan az və ya çox olması torpağın rütubətinə təsir edir, ekstremal istilik və qəfil soyuqlar məhsulun keyfiyyətini aşağı salır. Quraqlıq isə suvarma xərclərini artırır və su ehtiyatlarının tükənməsi məhsuldarlığı azaldır. Eyni zamanda isti və rütubətli hava şəraiti zərərvericilərin və xəstəliklərin artmasına səbəb olur ki, bu da istehsalın azalmasına gətirib çıxarır. Nəticədə bazarda təklif azalır və qiymətlər bahalaşır,” – deyə iqtisadçı vurğulayıb.

Akif Nəsirli qeyd edib ki, Azərbaycanda da son illərdə temperaturun artması, qeyri-sabit yağış rejimi və su çatışmazlığı kənd təsərrüfatına ciddi təsir göstərir.

“Son günlər müşahidə olunan intensiv yağışlar, sel və ya davamlı quraqlıq məhsuldarlığa mənfi təsir edib və bu, bazarda qiymət artımına səbəb ola bilər”.

Dövlətin isə risklərin azaldılması istiqamətində tədbirlər gördüyü, o cümlədən suya qənaət texnologiyalarının tətbiqi və suvarma infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparıldığı vurğulanıb.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
konkret.az

2Mənbələr