AZ

Ərdoğan: Türkiyə xarici siyasətində dialoq və vasitəçilik diplomatiyasını əsas tutur

Ərdoğan:

Türkiyə münaqişələrin ədalətli diplomatik həlli və dayanıqlı, ədalətli sülhü təmin etmək məsuliyyətini üzərindən atmır

APA xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Newsweek” jurnalı üçün yazdığı məqalədə öz əksini tapıb.

Ərdoğan BMT-nin təsirinin zəifləməsi və çoxşaxəli geosiyasi çətinliklər nəticəsində yaranan boşluğa baxmayaraq, Türkiyənin xarici siyasətində dialoq və vasitəçilik diplomatiyasını əsas tutduğunu bildirib.

Türkiyənin bu yanaşmasının bariz nümunəsi kimi Qara Dəniz Taxıl Təşəbbüsünü nümunə göstərən Ərdoğan belə təşəbbüslərin həm regional, həm də qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyini vurğulayıb.

“Qafqazdan Afrikaya, Yaxın Şərqdən Balkanlara qədər geniş bir regionda Türkiyə münaqişələrin ədalətli diplomatik həlli və dayanıqlı, ədalətli sülhü təmin etmək məsuliyyətini üzərindən atmır”, - Ərdoğan əlavə edib.

Seçilən
19
4
xalqcebhesi.az

5Mənbələr