Yaxın günlərdə ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən QHT-lər üçün birgə müsabiqə elan ediləcək.
Müsabiqənin əsas tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edəcək.
Modern.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, deyib ki, müsabiqədə spesifik istiqamətdə - minadan zərərçəkən minatəmizləyənlərin mina və PHS (partlamamış hərbi sursatlar) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb edilməsinə dair layihələr qəbul ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta