AZ

Xaçmazda şagird bıçaqlanıb

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb.

"Report"un məlumatına görə, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.

Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən E.Mirzəyev saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
13
5
qaziler.az

6Mənbələr