AZ

Bakıda ödənişli yollar: tələsən pul verib keçəcək DETALLAR

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla Bakı şəhərində ödənişli yollar salınacaq.

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.

Bəs ödənişli yollar nə deməkdir?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan nəqliyyat eksperti Aslan Əsədov ödənişli yolun xarici praktikada olduğunu söyləyib:

“Ödənişli yollar, yəni ictimai əsaslı mexanizm hazırlanması çətin məsələdir və xarici praktikada da var. Birbaşa bunu təşkil edən Nazirlər Kabinetidir. Düşünürəm ki, bunu xarici ölkələrin partikalarından öyrənib hansısa formada tətbiq etmək olar.

İndiyə qədər Azərbaycanda ödənişli yollar, ödənişli həll prinspi və s. olmayıb, çünki buna ehtiyac yaranmamışdı. Kifayət qədər açıq yollar, boşluq var idi, gedib-gəlmək olardı, hərəkətdə problem yox idi. Amma son vaxtlar buna lüzum yaranıb. 

Şəhərə giriş İstanbul, Moskva formasında da ola bilər. Həmçinin Avropada- Parisdə tətbiq olunan qaydalarda ola bilər. Qayda belədir ki, şəhərin ümumi olaraq düyün nöqtələrinə giriş-çıxışlar təmin olunmur. Yəni ki, giriş-çıxış nöqtələrdə problem yoxdur. Bu əsas yollardan giriş-çıxışlara aiddir. Yəni tələsirsən, vaxtın yoxdur və hər hansı bir yüklə gedirsən, ona görə də rahat, sakit yollardan getmək istəyirsən. Belə olanda alternativ tətbiq olunur. Bunun üçün də ödənişli yol mexanizmi var. 

Ödənişli yolların bir-biri ilə əlaqəsi olmasa da, ümumi hərəkətin bir tərkib hissəsidir. “Əlaqəsi olmayan” dedikdə, misal üçün, Bayıldan da şəhərə giriş var, “20 yanvar”dan da. Belə düşünək ki, Bayılla “20 yanvar”ı birləşdirən heç bir yol yoxdur. Məsələn, İstanbulda belədir. Bir dənizdən gəlir, biri asma körpüdən.

İstanbullu özü də bunu ABŞ-nin bəzi şəhərlərindən götürüb. həmçinin Almaniya, Fransada, İngiltərədə və s. ölkələrdə bu mexanizmlər tətbiq olunur”.

Ekspert bildirib ki, bu yollar şəhər ərazisində tıxaclardan qurtulmaq üçün effektiv vasitədir.

Qeyd: Xarici praktikada şəhərdaxili ödənişli yollar əsasən şəhərin mərkəzində sıxlığı azaltmaq və nəqliyyat axınını tənzimləmək üçün tətbiq olunur. Onların işləmə mexanizmi bir neçə modelə əsaslanır:

1. Zonaya giriş haqqı - Şəhərin mərkəzi hissəsinə daxil olan avtomobillər müəyyən məbləğ ödəyirlər. Ödəniş avtomobilin şəhərə giriş vaxtına görə dəyişə bilər (pik saatda baha, digər vaxt ucuz).

Nəzarət kameraları vasitəsilə nömrələr oxunur və sürücü ya öncədən, ya da sonradan ödəniş edir.

2. Marşrut üzrə haqq - Bəzi şəhərlərdə (Nyu-Yorkda Manhettan körpüləri və tunelləri, Singapurda əsas magistrallar) konkret prospekt, körpü və ya tunel istifadəsi pulludur. Ödəniş ya elektron cihaz, ya da kamera sistemi ilə həyata keçirilir.

3. Dinamik tarif sistemində isə ödəniş məbləği sıxlıq və günün vaxtına görə dəyişir. Pik saatlarda baha, boş vaxtlarda ucuz olur. 

4. Abunə və güzəşt mexanizmlərində isə şəhər sakinləri və ya həmin zonada yaşayanlar üçün güzəştlər və ya illik abunə paketləri mövcuddur. Elektrik və hibrid avtomobillərə endirimlər tətbiq oluna bilər.

Mexanizmin məqsədi şəhər mərkəzində sıxlığı azaltmaq, ictimai nəqliyyata marağı artırmaq, havanın çirklənməsini minimuma endirmək və yol infrastrukturunun saxlanmasına maliyyə təmin etməkdir.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
olke.az

5Mənbələr