Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Könülün qatili Elvin İsmayılzadənin dostu Xəyal Səmədov xüsusilə ağır cinayəti gizlətməkdə təqsirli bilinib.
İstintaq müəyyən edib ki, 23 yaşlı Elvin şəxsi münaqişə zəminində Könül Ağayevanı öldürdükdən sonra bu barədə dostu Xəyala məlumat verib. Onlar birgə gənc qızın meyitini hadisə baş verən evin həyətindəki xəndəyə basdırıblar. Lakin Xəyal hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Bu əməllə o, “xüsusilə ağır cinayət törədilməsini bilib xəbər verməmə” və “xüsusilə ağır cinayətdən xəbərdar olub gizlətmə” cinayətlərini törətmiş olub.
Xəyal isə məhkəmədə ittihamla razı olmadığını, Elvin hədə-qorxu gəldiyi üçün cinayəti gizlətməyə məcbur qaldığını deyib: “Meyiti görən kimi polisə müraciət etmək istədim. Amma Elvin mənə hədə-qorxu gəldi. Dedi ki, polisə məlumat versən, qaçıb gedəcəyəm, ev də sənin olduğu üçün cinayət üstündə qalacaq. Həm də məni ailə-üzvlərimi öldürəcəyi ilə qorxutdu. Bu səbəblərdən susmaq qərarına gəldim”.
Müdafiə tərəfi məhkəmədən gənc müvəkkilinin ifadəsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.
Yekun qərarla Xəyala xüsusilə ağır cinayətin törədilməsini bilərək xəbər verməmə maddəsi üzrə bəraət, həmin cinayəti gizlətmə maddəsi ilə 3 il həbs cəzası verilib.
7Mənbələr
-
bakivaxti.azTələbə sevgilisini öldürən şəxsin dostu da həbs edildi ( 21612682)
-
demokrat.azLənkəranda tələbə qızı öldürən şəxsin dostu da həbs olundu ( 21612109)
-
far.azDördüncü kurs tələbəsi olan sevgilisini öldürən şəxsin dostu da HƏBS EDİLDİ ( 21608965)
-
pravda.azDördüncü kurs tələbəsi olan sevgilisini öldürən şəxsin dostu da HƏBS EDİLDİ ( 21608890)
-
azpost.infoLənkəranda tələbə qızı öldürən şəxsin dostu da həbs olundu ( 21607774)
-
oxu.azDördüncü kurs tələbəsi olan sevgilisini öldürən şəxsin dostu da HƏBS EDİLDİ ( 21605425)
-
1news.azÖtən il amansızlıqla öldürülən Könülün qətli ilə bağlı daha bir nəfər həbs edilib ( 21603322)