AZ

“Neftçi” transfer etməli idi, Azərbaycanda başqa kluba keçdi

“Səbail” növbəti əcnəbi futbolçunu heyətinə qatıb. Bayıl təmsilçisi Momo Sakonu rənglərinə bağlayıb.

23 yaşlı malili yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Momo bir müddət “Neftçi”də baxışda olub.

Ancaq performansı məşqçilər heyətini qane etməyib. Bu səbəbdən də futbolçu ilə müqavilə imzalanmayıb.

Daha sonra malili oyunçu I Liqa klubu “Səbail”lə anlaşıb.

Xatırladaq ki, 23 yaşll yarımmüdafiəçi “Neftçi”də çıxış edən Falaye Sakonun qardaşıdır.

Qeyd edək ki, Momo Sakonun son klubu Portuqaliya təmsilçisi “Vilaverdense” olub.

İdmanxeber.az 

Seçilən
1
1
idmanxeber.az

2Mənbələr